Dövlət sərhədini pozan İran vətəndaşları saxlanıldılar

Hadisə

Dövlət sərhədini pozan İran vətəndaşları saxlanılıblar.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, iyul ayının 1-də saat 17:45-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Qaradağlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq bir nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ərazidə gizlənən bir nəfər İran İslam Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Siyavuş Pərvin İsrafil oğlu saxlanılıb.

İyul ayının 1-də saat 09:45-də “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1985-ci il təvəllüdlü Mahmud Cavid Muhammədəli oğlu olması müəyyənləşdirilib.

İyul ayının 1-də saat 22:25-də “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərən İraq İslam Respublikası vətəndaşı 1996-cı il təvəllüdlü Alkateenat Mustafa Hussein Fadhil sərhəd pozucusu qismində saxlanılıb.

İyul ayının 1-də saat 10:30-da “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən bir nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb. Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı, Göyçay rayon sakini 1991-ci il təvəllüdlü Həsənov Kamil Famil oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı onun 23 iyun 2022-ci il tarixdə rəsmi qaydada Gürcüstana getdiyi müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir