Azərbaycan banklarının gəlirlilik səviyyəsi stabil qalacaq – “Moody’s”

Baş səhifə

Bakı. Trend:

Azərbaycan banklarının gəlirliliyi stabil səviyyədə qalacaq.

Trend bu barədə
“Moody’s” agentliyinə istinadən xəbər verir.

“Moody’s”in son hesabatına əsasən, reytinqə daxil edilmiş
Azərbaycan banklarında xalis gəlirin maddi aktivlərə olan orta
nisbətinin təxminən 2–3 faiz səviyyəsində qalacağı gözlənilir. Buna
dayanıqlı xalis faiz marjaları, komissiya və xidmət haqlarından
stabil gəlirlər, həmçinin kredit itkiləri üzrə ehtiyatların nəzarət
altında saxlanılması dəstək verir.




“Son illərdə marjaların artması yüksək gəlirli kreditlərin
pərakəndə borcalanlar və kiçik və orta sahibkarlıq subyektləri
arasında payının yüksəlməsini əks etdirir. İqtisadi bərpa isə bu
seqmentlər tərəfindən kredit tələbinin yüksək qalmasını
stimullaşdırır. Bununla belə, Azərbaycan Mərkəzi Bankının faiz
dərəcələrini azaltması bankların faiz aktivlərinin gəlirliliyini
aşağı saldığı halda, müştərilər uğrunda güclü rəqabət səbəbindən
cəlb edilmiş vəsaitlər üzrə dərəcələrin nisbətən sərt qalması
marjalara təzyiq yarada bilər. Məcburi ehtiyatların artımı isə hələ
də yüksək səviyyədə qalan gəlirliliyi müəyyən dərəcədə
məhdudlaşdıracaq”, – hesabatda vurğulanır.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir