Bakıda 29 yaşlı qız özünü zəhərləyib öldürdü

Hadisə

Bakıda intihar hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, Xətai rayonu Yusif Səfərov küçəsində yaşayan 1993-cü il təvəllüdlü N.Həsənova özünü mənzildə zəhərləyib.

O, intihar məqsədilə çoxsaylı dərman həbləri qəbul edib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 29 yaşlı N.Həsənova tibbi müdaxiləyə baxmayaraq, vəfat edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir