Xırdalan şəhər qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb.
APA-nın xəbərinə görə, ötən gün 17:30 radələrində qəbiristanlığın mollası tərəfindən insan ayağı aşkar edilib.
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertizaya göndərilib. Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə olunan geyimin parçası olması, həmçinin tənzifin olması ilə müəyyən edilib ki, aşkar olan ayaq cərrahiyə yolu ilə kəsilib.
Faktla bağlı araşdırma aparılır.
www.RIA24.az