Türk lirəsi dollar qarşısında yenidən ucuzlaşdı

Dünya

Dolların məzənnəsi türk lirəsi qarşısında yenidən artıb.

Bir dollar bu gün 17,0369 türk lirəsinə satılıb, avro isə 17,457 lirəyə ticarət edilib.

Dolların digər valyutalar qarşısında gücünü ölçən DXY indeksi 106,362 ilə son beş ilin ən yüksək səviyyəsinə çatıb.

Avro isə dollar qarşısında 20 ilin aşağı səviyyəsinə çataraq əmsalı haradasa 1-ə yaxınlaşıb. Avronun dollar qarşısında ucuzlaşmasının səbəblərindən biri də ECB-nin monetar sərtləşdirmədə FED-dən geri qalmasıdır.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir