Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Xocalı soyqırımını pisləyib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Xocalı soyqırımının
34-cü ildönümü ilə bağlı “X” hesabında paylaşım edib.

Trend xəbər
verir ki, paylaşımda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
törədilən vəhşilik beynəlxalq səviyyədə insanlığa qarşı cinayət və
ya soyqırımı aktı kimi beynəlxalq hüququn kobud şəkildə pozulması
kimi pislənib.




Qeyd olunur ki, Azərbaycan münaqişə zamanı mülki şəxslərə və
digər qorunan şəxslərə qarşı törədilmiş ağır cinayətləri araşdırmaq
və məhkəməyə vermək üçün milli qanunvericiliyinə və beynəlxalq
öhdəliklərinə tam uyğun olaraq qətiyyətli addımlar atıb. Bu ayın
əvvəlində Azərbaycandakı məhkəmələr əvvəlki münaqişədən qaynaqlanan
bir sıra cinayət işləri üzrə qərarlar çıxararaq dəhşətli
cinayətlərdə məsul şəxsləri ədalət mühakiməsinə cəlb edib.

“Lakin cinayətkarların əksəriyyəti digər ölkələrdə təhlükəsiz
sığınacaq taparaq cəzasız qalıblar. Məsuliyyət danılmazdır və
törədilmiş cinayətlərin qaçılmaz nəticəsi olmalıdır. Eyni zamanda,
cəzasızlıqla mübarizə əsl barışıq yolunun vacib bir tərkib
hissəsidir və bu, dəhşətli əməllərin təkrarlanmasının qarşısını
almağa kömək edir. Azərbaycan ədalətin təmin edilməsi, regionda
sülh və sabitliyin qurulması, möhkəmləndirilməsi və davam
etdirilməsi üçün səylərini davam etdirəcək”,- deyə bəyanatda
vurğulanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir