Rusiyalı general Moskvada saxlanıldı

Dünya

Rusiyanın daxili işlər nazirinin köməkçisi, general-leytenant və Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin sabiq rəisi Sergey Umnov vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq saxlanılıb. O, Petrovkadakı müvəqqəti saxlama təcridxanasındadır.

Bu barədə Moskva İctimai Monitorinq Komissiyası (İMK) məlumat verib.

İctimai Monitorinq Komissiyasının müşahidəçiləri təcridxanada generalı ziyarət ediblər.

“Umnov saxlanılaraq Moskvaya aparılıb… O, özünü təqsirli bilmir”, – deyə komissiyadan bildirilib.

Cinayət işinin təfərrüatı barədə açıqlama verilmir.

Sergey Umnov 2012-ci ilin martından 2019-cu ilin fevralına kimi Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinə rəhbərlik edib. Dünən iyulun 5-də Umnovun evində və iş yerində axtarışlar aparılıb. Axtarışlar ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsinin 3-cü hissəsi) işinin bir hissəsi kimi həyata keçirilib.

Mənbə: Kommersant

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir