İran prezidenti ölkədə qız məktəbinin vurulmasını qınadı

Baş səhifə

Bakı. Trend:

ABŞ və İsrailin İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin
Minab şəhərində qız məktəbinin vurması kəskin şəkildə
qınanılır.

Trend-in
məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian qız
məktəbinin vurulması və çoxlu sayda şagirdin ölməsi ilə əlaqədar
müraciətində bildirib.

Onun sözlərinə görə, bu hərəkəti İran öz tarixi yaddaşından heç
vaxt silməyəcək.

Pezeşkian bildirib ki, bölgədə bütün əlaqədar rəsmilərə,
xilasetmə mərkəzlərinə göstəriş verilib ki, hücum nəticəsində
yaralanlara yardım etmək istiqamətində bütün imkanlar səfərbər
olunsun.




Qeyd edək ki, bu gün İsrail və ABŞ-nin İrana hərbi hava
hücumları fonunda Minab rayonunun qız məktəbində ölənlərin sayı 85
nəfərə yüksəlib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir