Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı polis açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı Tovuz rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları dərhal həmin ünvana gəliblər:
“Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən rayon sakini Nicat Əhmədov isti izlərlə saxlanılıb, istintaqa təhvil verilib. Hazırda Tovuz rayon Prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.
13:37
Tovuz rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Əlibəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicatın həyat yoldaşı Əhmədova Nuranənin boğazını kəsərək öldürdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.RIA24.az