Rusiyadan Azərbaycana ətir yağlarının qanunsuz gətirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan istiqamətindən “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Rusiya vətəndaşının idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Baxış zamanı avtomobilin qoşqusunun sağ alt hissəsində yerləşən yeşikdə gömrük nəzarətinə bəyan edilməyən parfumeriya məhsulları – dörd ədəd ətir, 20 litr metal və plastik qablarda olan ətir yağları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
www.RIA24.az