
Bakı. Trend:
“S&P Global Ratings” agentliyinin proqnozuna əsasən, 2026-cı
ildə Azərbaycanın real ÜDM artımı təxminən 1,7 faiz təşkil
edəcək.
Bu barədə Trend
“S&P Global Ratings” agentliyinə istinadən xəbər verir.
“Azərbaycan iqtisadiyyatı neft-qaz sektoruna yönəlib və buna
görə də karbohidrogen qiymətlərindəki əlverişsiz dəyişikliklərə
həssasdır. “S&P Global Ratings” gözləyir ki, real ÜDM artımı
2026-cı ildə təxminən 1,7 faiz səviyyəsində qalacaq ki, bu da
2025-ci ilin göstəricisinə uyğundur və hətta sabit siyasi və xarici
şəraitdə belə yaxın bir neçə ildə nisbətən zəif olacaq. Artım
əsasən qeyri-neft sektoru tərəfindən stimullaşdırılmaqda davam
edir, halbuki karbohidrogen sektoru qiymətlərin azalması və
hasilatın məhdudlaşması fonunda ümumi istehsal həcmini hələ də
zəiflədir”, – agentliyin hesabatında qeyd olunur.
Bundan başqa, “S&P Global Ratings” proqnozlarına görə,
kreditləşmənin artımı 2026–2027-ci illərdə 10–12 faizədək
yavaşlayacaq ki, bu da 2025-ci ilin göstəricisinə uyğundur. Bu
rəqəm əvvəlki dörd ildə tənzimləmə tədbirləri ilə dəstəklənmiş orta
illik 18 faizlik artımla müqayisədə daha aşağıdır.
“Sistem səviyyəsində Beynəlxalq Maliyyə Hesabatı Standartları
(IFRS) üzrə üçüncü mərhələ (stage 3) kreditlərinin payının
2026–2027-ci illərdə 4,5–5,0 faiz diapazonunda qalacağını
gözləyirik”, – hesabatda vurğulanır.
Xəbər yenilənir

