Aİ-95-lə çalışan maşınların “bazarı BAĞLANDI”: Hansı avtomobillər bahalaşacaq?

İqtisadiyyat

Aİ-95 markalı benzinin qiyməti 1,60 manatdan 2 manata qədər artırılıb. Qiymət artımının əsas təsir edəcəyi sahələrdən biri də heç şübhəsiz avtomobil bazarı olacaq.

Bəs yüksək oktanlı benzinin qiymətinin bahalaşması maşın bazarına necə təsir edəcək?

Sualı Bizim.Media üçün cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Azərbaycana idxal olunan yeni avtomobillərin əksəriyyəti məhz Aİ-95 markalı benzinlə çalışır:

“İkinci əl avtomobil bazarında isə Aİ-92 markalı benzinlə işləyir. Yüksək oktanlı benzinin qiymətinin yüksəlməsi Azərbaycanın avtomobil bazarında kəskin qiymət artımı və ya azalmasına gətirib çıxarmayacaq. Baxmayaraq ki, ikinci əl avtomobil bazarında yüksək oktanlı benzinlə çalışan nəqliyyat vasitələrinə maraq azala bilər, lakin qiymətlərdə kəskin dəyişmə olmayacaq”. 

Ekspert qeyd edib ki, Aİ-95-in qiymətinin artması dizel və kiçik mühərrikli, eləcə də hibrid avtomobillərə marağı artıracaq:

“Burada mənfi olan cəhət ondan ibarətdir ki, benzinin qiyməti artıqca dizel mühərrikli avtomobillərə maraq artır. Bu o qədər də xoşagələn hal deyil. Çünki bu tip mühərrikə malik nəqliyyat vasitələri atmosferə daha çox CO2 qazı buraxır və havanı daha çox çirkləndirir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir