Qaraqalpaqıstanda komendant saatının müddəti 10 saatdan 6-ya endiriləcək.
Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qərar verib.
“Saat 21:00-dan səhər saat 7-dək” əvəzinə “saat 23:00-dan səhər saat 5-ə kimi” yeni komendant saatının təyin edilməsi haqqında qərar “Qaraqalpaqıstan Respublikasında vəziyyətin sabitləşməsi və region sakinlərinin həyatının əvvəlki axarına qayıtması” nəzərə alınmaqla qəbul edilib”, – deyə dövlət başçısının mətbuat katibi Şerzod Əsədov bildirib.
Qısaldılmış komendant saatının hansı gündən qüvvəyə minəcəyi barədə isə məlumat verilmir.
Xatırladaq ki, baş verən kütləvi iğtişaşlardan sonra iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqıstanda fövqəladə vəziyyət tətbiq edilib.
Mənbə: Fergana.agency
www.RIA24.az