TAP strateji əhəmiyyətli infrastruktur layihəsidir – İtaliya səfiri

Baş səhifə

Bakı. Trend:

Transadriatik Boru Kəməri (TAP) strateji əhəmiyyətli
infrastruktur layihəsidir.

Trend xəbər verir
ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko
Cənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin bu gün Bakıda
keçirilən 12-ci iclasında etdiyi çıxışda deyib.

“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını
artırmaqda davam edir və bununla da region üzrə enerji
təhlükəsizliyini gücləndirərək etibarlı və fasiləsiz enerji
təchizatını təmin edir. Gələcəyə baxdıqda, təbii qaz enerji
keçidinin dəstəklənməsində mühüm rol oynamaqda davam edəcəkdir.
Cənub Qaz Dəhlizi, xüsusilə də onun son seqmenti olan
Trans-Adriatik Boru Kəməri gələcək illərdə ötürmə gücü artırılacaq
strateji əhəmiyyətli infrastruktur layihəsidir. Bu kəmər Xəzər
hövzəsi ilə Avropa bazarı arasında birbaşa bağlantı yaradaraq
təhlükəsiz, çevik və şəffaf enerji axınlarını təmin edir”,- səfir
bildirib.




31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi
vasitəsilə Avropaya nəqli başladılıb. TAP-ın illik ötürmə
qabiliyyəti 10 milyard kubmetr təşkil edir, eyni zamanda onun 20
milyard kubmetrədək artırılması imkanı nəzərdə tutulub.

Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri olan
Transadriatik qaz kəməri Xəzər dənizində yerləşən “Şahdəniz”
yatağından təbii qazı birbaşa Avropa bazarlarına nəql edir.

2026-cı il yanvarın 1-dən etibarən TAP qazın nəqli üzrə yeni
saziş (GTA) çərçivəsində əlavə uzunmüddətli ötürmə qabiliyyəti
təqdim edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir