İsveçrə millisinin hücumçusu “Qalatasaray”a keçir

İdman

İstanbulun “Qalatasaray” klubu İsveçrə millisinin və “Benfika” klubunun hücumçusu Haris Seferoviçi heyətinə qatıb.

Mənbə yazır ki, 30 yaşlı futbolçu “Qalatasaray”da ilinə iki milyon avro məvacib alacaq.

Xəbərdə qeyd olunur ki, H.Seferoviç yaxın günlərdə Avstriyada təlim-məşq toplantısı keçirən sarı-qırmızılı komandanın sıralarına qoşulacaq.  

Məlumat üçün əlavə edək ki, Haris Seferoviç sonuncu klubu “Benfika”da 187 matça çıxıb və 74 dəfə rəqib qapısına yol tapıb.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love