2014-cü ildə yayımlanan “Kiraz mevsimi” serialında rol alarkən sevgili olan, Türkiyənin məşhur cütlüyü aktrisa Özge Gürel və həmkarı Serkan Çayoğlu evlənib.
Oxu.Az xəbər verir ki, cütlük Almaniyada nikah bağlayıb.
Onlar nikah mərasimindən görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar.
Qeyd edək ki, Özge və Serkanın toyu avqustun 13-ü İtaliyanın Verona şəhərində baş tutacaq.
Nikah mərasimindən olan fotoları təqdim edirik:
www.RIA24.az