Tokiodakı ticarət sessiyasının gedişində Yaponiyanın milli valyutası olan yen dollar qarşısında 1998-ci ilin sentyabrından bəri ən aşağı həddə düşüb. Belə ki, gün ərzində 1 dollar üçün 139,09 – 139,11 yen təklif olunub.
Analitiklərin fikrincə, buna ABŞ-da ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% bahalaşan və gözləntiləri üstələyən istehlak qiymətləri indeksinin dərc olunması şərait yaradıb.
Belə ki, mövcud vəziyyət investorların ABŞ və Yaponiya tənzimləyicilərinin uçot dərəcəsi siyasətilə bağlı narahatlıqlarını artırıb.
Mənbə: TASS
www.RIA24.az