
Bakı. Trend:
Fransa Naxçıvan Beynəlxalq Hava Limanına İran dronlarının
hücumunu pisləyib.
Trend xəbər verir ki, bu barədə
Fransanın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında
məlumat yayılıb.
“Fransa bu səhər Azərbaycanda Naxçıvan Beynəlxalq Hava Limanına
yönəlmiş İran dronlarının hücumunu ən qəti şəkildə pisləyir. Fransa
hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını
arzulayır”, – məlumatda qeyd olunur.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və
Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək
partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici
İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam
Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə
aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların
gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər
görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

