Baku TV əməkdaşı Ukraynanın raket hücumuna məruz qalan şəhərlərindən xəbər verir – VİDEO

Dünya

Ukraynada müharibə davam edir.

Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Ukraynada bütün kommunikasiya xətlərini birləşdirən Vinnitsa şəhəri müharibə müddətində ilk dəfə silsilə raket atəşlərinə məruz qalıb.

O da qeyd edilib ki, ötən gün həmçinin Nikolayev də raket atəşlərinə məruz qalıb. Nəticədə yaşayış evləri, ticarət mərkəzi, o cümlədən motellər dağıntılara məruz qalıb.

“Hər iki ərazidəki raket hücumları insanların şəhərdə çoxluq təşkil etdiyi vaxtlarda olub”, – deyə əlavə olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir