Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 15-də Gürcüstanın baş prokuroru İrakli Şotadze ilə görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.
İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycanın baş prokuroru Kamran Əliyev iştirak edib.