Naxçıvanın elektrik veriliş xətləri ilə bağlı işlər görüləcək – 7 milyon manatlıq LAYİHƏ

Baş səhifə

Bakı. Trend:

Naxçıvanda elektrik veriliş xətləri üzrə irihəcmli işlər
görüləcək.

Trend bu
barədə dövlət satınalmalarının vahid internet portalına istinadən
xəbər verir.

Belə ki, görüləcək işlər çərçivəsində 110 kV-luq “Naxçıvan
Şəhər” yarımstansiyasından çıxan 110 kV-luq elektrik veriliş
xətlərinin kabel xətləri ilə əvəzlənəcək.




“AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı
müvafiq işləri yekunlaşdırıb.

ASC sözügedən işlərin icrasını “Azconstruction” Qapalı Səhmdar
Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, işlərin dəyəri 6,665 milyon manat həcmində
müəyyənləşib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir