“Ötən il KOBİA-nın KOB İnkişaf Mərkəzlərinin təşkilatçılığı ilə “Yüksəliş” müsabiqəsinin bir neçə qalibi tərəfindən “Öz işini qur yüksəl!” layihəsi çərçivəsində 90-a yaxın sahibkara və biznesə başlamaq istəyən şəxsə müxtəlif mövzularda təlimlər keçirilib”.
Oxu.Az xəbər verir ki, bu fikirləri “Yüksəliş” müsabiqəsinin final mərhələsində “Müasir çağırışlar və insan kapitalı formalaşması” mövzusunda çıxışı zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, bu təşəbbüslərin dəstəklənməsi KOBİA-nın fəaliyyət gündəliyində olan prioritet istiqamətlərdəndir:
“İnanıram ki, “Yüksəliş” müsabiqəsinin iştirakçılarının ruh yüksəkliyi və fəallığı, onların ölkənin inkişafı üçün fərqli təşəbbüsləri, potensialı, enerjisi, o cümlədən proseslərə daha yaradıcı və çevik yanaşması ölkəmizdə insan kapitalının inkişafına öz töhfəsini verəcəkdir”.
Könül Cəfərli
www.RIA24.az