
Bakı. Trend:
Kilian Mbappe Madrid şəhərinə qayıdıb.
Trend xəbər verir ki, “Real”ın hücumçusu zədələnmiş dizinin müayinəsi üçün getdiyi
Parisdən İspaniya paytaxtına qayıdıb. Bildirilir ki, fransalı
futbolçu komandanın fizioterapevtləri və bəzi şəxslərin müşayiəti
ilə geri dönüb.
Həmçinin Mbappe ilə eyni təyyarədə ispan aktrisa və modeli Ester
Exposito də uçub.
Qeyd edək ki, sosial şəbəkələrdə martda onların arasında
romantik münasibət olduğunu yazılmış və cütlüyün Madriddəki “Pullman Madrid Airport & Feria” otelinin barında öpüşərkən
görüldüyü iddia edilmişdi.

