Rusiya Xarici İşlər Nazirliyi yapon siyasətçilərinə qarşı şəxsi sanksiyaların tətbiq edildiyini açıqlayıb. Qara siyahıya Yaponiya parlamentinin Nümayəndələr Palatasının 384 üzvü daxil edilib.
Ukraynadakı müharibə kontekstində anti-Rusiya mövqelərinə görə yapon deputatların bu il iyulun 14-dən Rusiyaya girişi qadağan edilib.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin sanksiyalara məruz qalan yapon parlamentarilərin adlarının siyahısını da dərc edib.
Mənbə: Vesti.ru
www.RIA24.az