
Bakı. Trend:
Martın 8-də Nərimanov rayonu ərazisində altsheymer xəstəliyindən
əziyyət çəkən 88 yaşlı Nizam Ədilov yaşadığı ünvandan çıxıb naməlum
istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən
bildirilib.
Məlumata əsasən, şəkildəki şəxsi görənlərdən və barəsində
məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, sosial
şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin (012) 566-02-15 və (012)
567-02-02 şəhər nömrələrinə zəng edərək məlumat vermələri xahiş
olunur.

