Yaxın Şərqdəki Azərbaycan vətəndaşları üçün növbəti təxliyə reysi həyata keçirilir

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar regionda, o
cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalan Azərbaycan
vətəndaşlarının ölkəyə qayıdışı üçün Oman Sultanlığının Muskat
şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilir.

Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat
xidmətindən məlumat verilib.




Bildirilib ki, AZAL-ın Muskat–Bakı marşrutu üzrə hərəkət edən
“Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev
Beynəlxalq Aeroportuna enişi gözlənilir. Reys vasitəsilə ümumilikdə
200-ə yaxın Azərbaycan vətəndaşının təhlükəsiz şəkildə ölkəyə
qayıtması planlaşdırılır.

Qeyd olunub ki, hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq
müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş prosedurlara
uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə həyata
keçirilməsini təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir