Levandovski “Barselona”da – RƏSMİ

İdman

Polşalı hücumçu Robert Levandovski artıq “Barselona”nın futbolçusudur.

Məlumat “Bavariya” klubu tərəfindən rəsmi olaraq elan edilib.

Qeyd olunur ki, Kataloniya klubu R.Levandovskinin transferi üçün 45 milyon avro və əlavə 5 milyon avro bonus ödəyəcək.

Levandovskinin tezliklə “Barselona”da tibbi müayinədən keçəcəyi və 3 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, polşalı hücumçu 2014-cü ildən “Bavariya”da oynayırdı.

Mənbə: Fcbayern.com

www.RIA24.az

Spread the love