“AzerGold” QSC-də “Tərəqqi” medalına layiq görülmüş əməkdaşlarla görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin 23 fevral 2026-cı il tarixli
Sərəncamına əsasən, “AzerGold” QSC-nin “Tərəqqi” medalı ilə təltif
olunmuş bir qrup əməkdaşı ilə görüş keçirilib.

Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov dövlət
təltifinə layiq görülən mütəxəssisləri kollektiv adından təbrik
edib.

Zakir İbrahimov bildirib ki, bu mükafat ölkəmizin dağ-mədən
sənayesini uğurla təmsil edən “AzerGold” QSC-nin fəaliyyətə
başlamasının 10 illiyi çərçivəsində həm fərdi nailiyyətlərə, həm də
bütövlükdə kollektivin əməyinə verilən yüksək dəyərin
göstəricisidir. Sədr göstərilən diqqətə görə kollektiv adından
dövlət başçısına təşəkkürünü ifadə edib.




Qeyd olunub ki, bu etimad əməkdaşların fəaliyyətlərini daha
böyük əzmlə davam etdirmələri üçün mühüm stimul yaradır.

Dövlət təltifinə layiq görülən əməkdaşlar onlara göstərilən
yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını
bildiriblər. Onlar göstərilən etimadı doğruldacaqlarını və
fəaliyyətlərini daha böyük məsuliyyətlə davam etdirəcəklərini
vurğulayıblar.

Sonda əməkdaşlara “Tərəqqi” medalları və vəsiqələr təqdim
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir