Paytaxtın bu ərazisində avtobuslar yenilənib

Baş səhifə

Bakı. Trend:

Metronun “28 May” stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam
orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrutun
avtobusları yenilənib.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat
yayıb.

AYNA tərəfindən keçirilən müsabiqənin nəticəsinə əsasən, artıq
yeni daşıyıcı (BakuBus) xəttin istismarını həyata keçirir.




Marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət
intervalı ilə fəaliyyət göstərir. Avtobuslarda ödəniş nağdsız
qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və
təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə
avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə
saxlanılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir