Vərəm xəstələri necə qidalanmalıdır? – Səhiyyə Nazirliyinin institut direktorundan tövsiyələr

Baş səhifə

Bakı. Trend:

Vərəm xəstəliyi zamanı düzgün qidalanma müalicənin vacib
hissəsidir. Xəstəlik orqanizmdə enerji sərfini artırır, iştahanı
azaldır və arıqlamaya səbəb olur, buna görə də qidalanma həm immun
sistemini gücləndirməyə, həm də bərpa prosesini sürətləndirməyə
yönəlməlidir.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə
Axundova açıqlayıb.

Onun sözlərinə görə xəstələrin kalori və enerji ehtiyacı artır
və vərəm xəstələrinin orqanizmi infeksiyaya qarşı mübarizə apardığı
üçün daha çox enerji sərf edir:




“Buna görə, gündəlik qida rasionu adi insanlara nisbətən 10–20%
daha kalorili olmalıdır. Zülalın rolu çox vacibdir və zülal
toxumaların bərpası və immun sisteminin güclənməsi üçün əsas qida
maddəsidir. Vərəm zamanı zülala olan ehtiyac artır. Vitaminlər və
mikroelementlər immunitetin güclənməsi üçün çox vacibdir. Maye
qəbulunun nəzarətinə də diqqət edilməlidir. Orqanizmin
detoksifikasiyası və ümumi vəziyyətin yaxşılaşdırılması üçün gündə
1,5–2 litr maye qəbul etmək tövsiyə olunur.

Qidalanma rejimi: gündə 4–5 dəfə kiçik porsiyalarla, asan həzm
olunan və qidalar olması, səhər yeməyinin mütləq qəbul edilməsi
tövsiyə olunur. Müalicə zamanı bəzi qidalar məhdudlaşdırılmalıdır.
Çox yağlı və ağır qidalar, həddindən artıq şəkər, spirtli içkilər,
çox duzlu və emal olunmuş qidalardan uzaq olmaq lazımdır. Spirtli
içkilər xüsusilə təhlükəlidir, çünki vərəm dərmanları ilə birlikdə
qaraciyərə ciddi zərər verə bilər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir