Böyük Britaniya Meteorologiya İdarəsi York və Mançesterdən Londona qədər ölkənin çox hissəsi üçün temperaturla bağlı xəbərdarlıq edib.
Temperaturun 41 dərəcəyə çata biləcəyi bildirilir.
Ölkədə qeydə alınan ən yüksək temperatur 2019-cu ildə Kembricdə 38,7 dərəcə olub.
İsti havanın çərşənbə axşamı da davam edəcəyi, çərşənbə günü təsirini itirəcəyi gözlənilir.
Tədbirlər çərçivəsində bəzi məktəblərin vaxtından əvvəl bağlanması və ya ümumiyyətlə açılmaması planlaşdırılır.
Mənbə: TRT Haber
www.RIA24.az