İraqın Ərbil şəhərində partlayış səsləri eşidilir – KİV

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə İran, İsrail və ABŞ-nin cəlb olunduğu münaqişə
davam etdiyi əsnada İraqın Ərbil şəhərinə güclü partlayış sədaları
yayılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Ərbil şəhərinin hava hücumlarından müdafiə sistemlərinin hava
məkanını pozan bir neçə pilotsuz uçuş aparatını zərərsizləşdiyi
bildirilir.

Xatırladaq ki, İraqın şimalında, yarım-muxtar Kürd bölgəsinin
şəhərində ABŞ-nin bir hərbi bazası və diplomatik missiyalar
yerləşir. Bu baxımdan şəhər martın əvvəlindən bəri müntəzəm olaraq
ballistik raket və dron hücumlarına məruz qalır.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.




İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir