Avropa Komissiyasının rəhbəri: “Azərbaycanla əməkdaşlığımızı yüksək qiymətləndiririk”

İqtisadiyyat

“Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və firavanlığın olmasına sadiqdir”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra deyib.

“Biz Azərbaycanda minatəmizləmə işləri üzrə aparıcı donoruq və bu mühüm məsələni də müzakirə etdik. Bu məqsədlə 4,25 milyon avroluq yeni maliyyə paketi ayırmışıq və həmçinin bu mühüm əhəmiyyət kəsb edən sahədə avadanlıqlarımızı, bacarıqlarımızı təklif etməyə hazırıq”, – o vurğulayıb.

“Biz Azərbaycanla əməkdaşlığımızı yüksək qiymətləndiririk”, – Avropa Komissiyasının rəhbəri əlavə edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir