
Bakı. Trend:
2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında
muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə
nisbətən 9,3 % artaraq 1 102,9
manat təşkil edib.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3
938,6 manat, qeyri neft-qaz sektorunda 1
050,7 manat təşkil edib, dövlət müəssisələrində çalışan
işçilərin əmək haqları 1 080,8 manat, özəl
müəssisələrdə isə 1 124,4 manat olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq aktları ilə dövlət
büdcəsindən maliyyələşən müvafiq təşkilatlarda çalışan rəhbər və
digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 15
%, dövlət büdcəsindən maliyyələşən bəzi dövlət
orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid
Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla)
aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 %,
həmçinin, hərbi qurumlar və hüquq mühafizə orqanlarında xidmət
keçən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin vəzifə
maaşları orta hesabla 10 %, bir sıra hərbi
qurumların və hüquq mühafizə orqanlarının dövlət qulluqçusu olmayan
mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.

