İspaniya və Portuqaliyada isti havaların təsirindən 1027 nəfər həyatını itirib.
Havanın temperaturunun 40 dərəcəni keçdiyinə görə ölənlərin sayının artmasından narahat olan səhiyyə işçiləri insanlardan zəruri olmadıqca çölə çıxmamağı xahiş edib.
Elm adamları son bir neçə gündə qeydə alınan yüzlərlə ölümü iqlim dəyişikliyi səbəbindən artan temperaturla əlaqələndirib.
Onlar “səssiz qatil” adlandırdıqları isti dalğasının həssas insanları “vurmağa” davam edəcəyini bildiriblər.
Fransa, Portuqaliya, Yunanıstan və Xorvatiyada meşə yanğınları davam edir.
Meteoroloqlar isti hava dalğasının gələn həftə də davam edəcəyini və Almaniya və Belçika kimi digər Avropa ölkələrinə də təsir edəcəyini açıqlayıblar.
Mənbə: Hürriyet
www.RIA24.az