Anlaşma Memorandumu Aİ və Azərbaycan arasında enerji tərəfdaşlığını daha da gücləndirir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
XİN rəsmisi qeyd edib ki, Azərbaycan Prezidenti və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Aİ və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu gələcək əməkdaşlıq üçün yol xəritəsidir və Avropa İttifaqı və Azərbaycan arasında enerji tərəfdaşlığını daha da gücləndirir.
“Azərbaycan etibarlı tərəfdaşdır”, – o vurğulayıb.