
Bakı. Trend:
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı
davam edir.
Trend xəbər verir
ki, yarışın 5-ci günündə iki qadın güləşçimiz həlledici görüşlərdə
mübarizə aparıb.
Ruzanna Məmmədova (62 kq) final görüşündə rusiyalı Amina
Tandelovaya 3:5 hesabıyla məğlub olaraq gümüş medal qazanıb.
Nərgiz Səmədova (53 kq) bürünc medal görüşündə türkiyəli Şevval
Çayıra 0:12 hesabı ilə uduzub və beşinci yerə sahib olub.
Beləliklə, Azərbaycan millisi qitə birinciliyini 3 medalla başa
vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) qızıl,
Gültəkin Şirinova (55 kq) isə gümüş medal qazanmışdı.

