“Neftçi” türkiyəli mütəxəssislə anlaşdı

İdman

“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub.

Klubun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli Cemal Bülbül akademiyanın direktoru vəzifəsinə təyin olunub. 

35 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, “Karşıyaka” (2009-2010) və “Vestel Manisa” (2011-2012) klublarında baş məşqçinin yanında təcrübəçi kimi çalışmış Cemal Bülbül “Altınordu” akademiyasında performans və təhlil məşqçisi (2013-2017), “Göztəpə” akademiyasının direktoru (2017-2020) və bu klubun Matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib. 2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

www.RIA24.az

Spread the love