Rövşən Nəcəf Kadri Simson ilə görüşüb – FOTO

İqtisadiyyat

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Kadri Simson ilə görüşüb.

Bu barədə o özünün “Twitter” səhifəsində məlumat yayıb:

“Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson ilə görüşdə Azərbaycanın artan qaz hasilatı, TANAP və TAP boru kəmərlərinin genişləndirilmə perspektivləri və bu istiqamətdə Avropa İttifaqının dəstəyinin əhəmiyyəti müzakirə edildi”.

 

www.RIA24.az