
Bakı. Trend:
Sabah Ramazan ayının 27-ci günüdür.
Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, martın 17-də Bakıda imsak saat 05:23-də, iftar
isə saat 19:04-dədir.
Ramazan ayının 27-ci gününün duası:
“Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri
fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə
vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin”.
Tərcüməsi:
“İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu
gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul
et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı
mehriban olan Allah!”
Allah orucunuzu qəbul etsin!

