Arda Güler La Liqanın ən bahalı 10 oyunçusu arasında yer alıb

Baş səhifə

Bakı. Trend:

La Liqa 2026-cı il üçün ilk futbol bazar dəyəri yeniləməsini
dərc edib.

Trend xəbər verir ki, “Real
Madrid” yarımmüdafiəçisi Arda Güler 90 milyon avro dəyərində
qalaraq İspaniya liqasının ən bahalı on oyunçusundan biri olub.




Bu mövsüm türk oyunçu “Real Madrid” üçün bütün yarışlarda 43
oyun keçirib, dörd qol vurub və 13 məhsuldar ötürmə edib. Onun
bazar dəyəri ötən ilin dekabr ayında 90 milyon avroya çatıb və son
yeniləmədən sonra dəyişməyib.

Reytinq yeniləməsindən sonra Lamin Yamal və Kilian Mbappe 200
milyon avro dəyərində La Liqanın ən bahalı oyunçuları olaraq
qalırlar. Növbəti yerlərdə 150 milyon avro ilə Pedri və Vinisius
Junior gəlir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir