ABŞ-da müştəri ofisiant üçün üç min dollar bəxşiş saxlayıb.
Hadisə Pensilvaniya ştatının Skranton şəhərindəki “Alfredo’s Pizza Cafe”də baş verib.
Ofisiant xanımın xidmət etdiyi kişi cəmi 13 dollara nahar edib. O, hesabı kartla ödəyib və sonradan üç min dolları bəxşiş olaraq qoyaraq gedib.
“Mən hələ də şokdayam və buna inana bilmirəm”, – deyə ofisiant təəccübünü gizlədə bilməyib. O, pulu borclarının ödənməsinə və ailəsi ilə birlikdə tətilə sərf edəcəyini açıqlayıb.
Mənbə: gazeta.ru
www.RIA24.az