Bakıda evlərdən külli miqdarda oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Cəfərov saxlanılıb.
Belə ki, ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 4 evdən ümumilikdə 23 000 ABŞ dolları, 700 manat, 81 000 manat dəyərində qızıl-zinət əşyaları və notbuk oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.
www.RIA24.az