Rusiyada araq kəskin bahalaşıb

Baş səhifə

Bakı. Trend:

Rusiyada arağın qiyməti kəskin bahalaşıb. 2026‑cı ilin
fevralında arağın orta pərakəndə satış qiyməti litr üzrə 948,48
rubl (təxminən  20,39 AZN) təşkil edib.

Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.

Yanvar ayının göstəriciləri ilə müqayisədə arağın qiyməti 2,4 %
artıb, 2025‑ci ilin fevralı ilə müqayisədə isə 16,08 %
bahalaşıb.

Digər spirtli içkilərin qiymətləri bir qədər az artıb:




pivənin litr qiyməti 208,29 rubl (4,48 AZN) — illik artım
14,96 %

çaxır — 963,48 rubl (20,73 AZN) — 12,6 %

konyak — 1,700 rubl (≈ 36,55 AZN) — 10,09 %.

Bazar iştirakçıları Rusiya arağının qiymətinin artmasının əsas
səbəbləri kimi spirt üzrə aksizlərin yüksəldilməsini, minimal
pərakəndə satış qiymətinin və istehsal dəyərinin artmasını
göstərirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir