Türkiyənin “Qalatasaray” klubu Fransanın “Lion” komandasının kapitanı Leo Dyubuanı heyətinə qatdığını açıqlayıb.
Bu barədə İstanbul komandasından məlumat yayılıb.
Bildirilib ki, müdafiəçinin transferinə görə, onun klubuna 2.5 + 1 milyon avro ödəniləcək.
Futbolçu ilə 3 illik müqavilə imzalanacaq. Onun məvacibi illik 1.8 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Dyubua Fransa milli futbol komandasının üzvüdür.
Mənbə: Haber Global
www.RIA24.az