
İranda Şəvval ayının hilalının görünmədiyi səbəbindən Ramazan bayramının sabah – 21 martda olacağı açıqlanıb.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, İslam İnqilabı İdarəsinə bağlı Aypara Müşahidə Mərkəzinin açıqlamasında bildirilib ki, bu gün İranda Şəvval ayının hilalı görünməyir. Buna görə də Ramazan bayramı 21 mart – şənbə günü başlayacaq.
Bu il Novruz da İranda 21 martda qeyd olunacaq.

