Voleybol üzrə Azərbaycan Super Liqasında komanda sayı artırıla bilər

İdman

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında komanda sayı artırıla bilər.

Bu barədə “Report”a federasiyanın birinci vitse-prezidenti Faiq Qarayev açıqlama verib.

Onun sözlərinə görə, 2022/2023 mövsümündən çempionatda ən azı 5 komanda iştirak etməlidir:

“Bu istiqamətdə Gənclər və İdman Nazirliri, federasiya rəhbərliyi və sponsorlarla danışıqlarımız davam edir. Bir az çətinliklərimiz var. Görək, necə olacaq”.

Qeyd edək ki, ötən mövsüm Superliqada 4 komanda – “Abşeron”, “Azərreyl”, “Murov” və UNEC mübarizə aparıb.

www.RIA24.az

Spread the love