İsveçrənin Bill şəhərində təşkil olunan beynəlxalq şahmat festivalına yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, son turda yarışın iki lideri həmyerlimiz Məhəmməd Muradlı və FİDE təmsilçisi Kiril Alekseyenko qarşılaşıb.
Partiya heç-heçə ilə başa çatıb. Əlavə göstəricilərə əsasən Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Bill turnirinin qalibi adını qazanıb. Kiril Alekseyenko ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, ümumilikdə festivalda 114 şahmatçı iştirak edib.
www.RIA24.az