Vuçiç dəbilqəsində “Z” işarəsi olan serb hərbçinin fotosuna münasibət bildirdi

Dünya

Serbiya Prezidenti Aleksandr Vuçiç yerli jandarm döyüşçülərindən birinin dəbilqəsinin üzərində “Z” işarəsi olan və geniş rezonans doğuran fotoya münasibət bildirib və qeyd edib ki, milli hüquq-mühafizə orqanlarının geyimində yalnız Serb simvolları ola bilər.

“Təəssüf ki, ölkəmizdə elə bir şey var ki, xoşuma gəlmir, amma onu dəyişə bilmərəm. Bəziləri Rusiyaya, bəziləri isə Ukraynaya tərəfdardırlar. Biz onlardan hər birinə deyə bilərik ki, həm ruslar, həm də ukraynalılar dostlarımızdır. Amma bizim üçün yalnız Serbiya önəmlidir. Jandarmeriyanın bütün üzvləri, bütün digər polis bölmələri və Silahlı Qüvvələrin üzvləri yalnız hərbi xidmət qaydalarında nəzərdə tutulan geyimləri geyinməlidirlər və bu, yalnız Serb simvollarıdır”, – deyə dövlət başçısı bəyan edib.

Qeyd edək ki, “Z” və “V” simvolları Rusiyanın Ukraynaya müdaxiləsinə qeyri-rəsmi dəstək simvolları hesab olunur. Bu işarələri müharibədə iştirak edən Rusiya hərbi texnikası üzərində görmək mümkündür.

Mənbə: lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir