İraqın şimalındakı Neyva əyalətində yerləşən Türkiyənin Zlikan hərbi bazası raket atəşinə tutulub.
Qeyd olunub ki, hərbi baza istiqamətində 122 millimetrlik “Qrad” tipli raketlərlə atəş açılıb.
“İslami Müqavimət, Əhrar əl-İraq briqadası” adlanan qrup hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Briqadanın bəyanatında bildirilib ki, bu, yalnız başlanğıcdır və hücumları davamı olacaq.
Mənbə: shafaq.com
www.RIA24.az